وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٖ فَحَيُّواْ بِأَحۡسَنَ مِنۡهَآ أَوۡ رُدُّوهَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَسِيبًا ٨٦
Wa idhā huyyītum bitahiyyatin fahayyū bi ahsana minhā aw ruddūhā innallāha kāna 'alā kulli shay'in hasībā
Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya (verilən salamı) olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin hesabını çəkəndir.
Təfsir
Sizə bir kəs salam verildiyi zaman onun salamını sizə verdiyi salamdan daha gözəl şəkildə ona qaytarın və ya verilən salamı olduğu kimi qaytarın! Salamı, veriləndən daha yaxşı şəkildə qaytarmaq daha əfzəldir. Həqiqətən, Allah əməlləriniz üzərində gözətçidir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.