An-Nisa surəsi, ayə 79

4:79

مَّآ أَصَابَكَ مِنۡ حَسَنَةٖ فَمِنَ ٱللَّهِۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٖ فَمِن نَّفۡسِكَۚ وَأَرۡسَلۡنَٰكَ لِلنَّاسِ رَسُولٗاۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا ٧٩

Mmā asābaka min hasanatin faminallāhi wamā asābaka min sayyi'atin famin nafsika wa arsalnāka lin-nāsi rasūlan wakafā billāhi shahīdā

(Ey insan!) Sənə gələn yaxşılıq Allahdandır, sənə üz vermiş bəla isə sənin özündəndir. (Ey Məhəmməd!) Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah yetər.

Təfsir

Ey adəm övladı! Sənə gələn övlad və ya ruzi kimi xoşladığın bir yaxşılıq Allah­­­dan­dır və bu, Allahın sənə olan lütfü sayəsinədir. Sənə övladında və ya ruzində xoşlamadığın üz vermiş bə­la isə etdiyin günahlar səbəbindən sənin özün­dəndir. Ey Peyğəmbər! Biz sə­ni, Rəbbinin risaləsini Allahdan in­san­lara çatdırmaq üçün bütün bəşəriyyətə elçi gön­dərdik. Allahın sənə verdiyi dəlillərlə, Allahdan insanlara çatdırdığının doğru olduğuna şa­hid ola­raq Allah yetər.