۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تُؤَدُّواْ ٱلۡأَمَٰنَٰتِ إِلَىٰٓ أَهۡلِهَا وَإِذَا حَكَمۡتُم بَيۡنَ ٱلنَّاسِ أَن تَحۡكُمُواْ بِٱلۡعَدۡلِۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعَۢا بَصِيرٗا ٥٨
Innallāha ya'murukum an tu'addul-amānāti ilā ahlihā wa idhā hakamtum baynan-nāsi an tahkumū bil-'adli innallāha ni'immā ya'izukum bihī innallāha kāna samī'ā basīrā
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir.
Təfsir
Həqiqətən, Allah sizə əmanət edilən hər bir şeyi sahiblərinə qaytarmanızı əmr edir. İnsanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi və kiməsə meyil edib, verdiyiniz hökmdə zülüm etməmənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət və sizə göstərdiyi bu yol necə də gözəldir! Şübhəsiz ki, Allah sözlərinizi eşidəndir, əməllərinizi görəndir.