وَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا ٥
Walā tu'tus-sufahā'a amwālakumul-latī ja'alallāhu lakum qiyāman warzuqūhum fīhā waksūhum waqūlū lahum qawlam ma'rūfā
Allahın sizin üçün dolanışıq vasitəsi etdiyi mallarınızı səfehlərə verməyin. Onları o maldan yedirdib, geyindirin və onlara xoş söz söyləyin.
Təfsir
Ey himayəçilik edən kimsələr! Mallarınızı, maldan düzgün istifadə etməyə qadir olamayanlara verməyin, çünki Allah bu malı insanların xeyirli işlər və sizin üçün dolanışıq vasitəsi etmişdir. Maldan düzgün istifadə edə bilməyən kimsələr isə malı qorumaqa qadir deyildir. Onları həmin maldan xərcləyib geyindirin və onlara gözəl söz söyləyin, onlar həddi-buluğa çatdıqda maldan düzgün istifadə etməyi baçarsalar, mallarını özlərinə verəcəyinizə dair onlara yaxşı vəd verin.