وَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا ٦
Wabtalul-yatāmā hattā idhā balaghun-nikāha fa in ānastum minhum rushdan fadfa'ū ilayhim amwālahum walā ta'kulūhā isrāfan wabidāran an yakbarū waman kāna ghaniyyan falyasta'fif waman kāna faqīran falya'kul bil-ma'rūfi fa idhā dafa'tum ilayhim amwālahum fa ashhidū 'alayhim wakafā billāhi hasībā
Yetimləri həddi-büluğ yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. (Böyüyüb mallarını geri alacaqlar deyə,) o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan (qəyyum) nəfsini saxlasın, yoxsul isə (o maldan) ehtiyacı olduğu qədər yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.
Təfsir
Ey himayəçilik edən kimsələr! Yetimləri yetkinlik yaşına çatana qədə xərcləmələri üçün mallarından müəyyən miqdar özlərinə verib onları sınayın. Əgər mallarından düzgün istifadə etdiklərini və onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə naqis edilmədən kamil olaraq qaytarın. Ehtiyac üzündən o malları Allahın sizə izin verdiyi həddi aşaraq yeməyin. Onlar böyüyüb mallarını alacaqlar deyə o malı yeməyə tələsməyin. Sizdən ehtiyacını ödəyəcək qədər mal-dövlətə sahib olan kimsə nəfsini yetim malına toxunmaqdan saxlasın, mal-dövlətə sahib olmayan yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlər həddi-büluğa çatıb, mallarından düzgün istifadə etdikləri sizə bəlli olduqdan sonra mallarını özlərinə qaytardığınız zaman haqqların qorunması və gələcəkdə mübahisəyə yol verilməsi üçün yanlarında şahid tutun. Allah buna şahid olaraq və qulları əməllərinə görə haqq-hesab çəkməyə yetər.