An-Nisa surəsi, ayə 39

4:39

وَمَاذَا عَلَيۡهِمۡ لَوۡ ءَامَنُواْ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُۚ وَكَانَ ٱللَّهُ بِهِمۡ عَلِيمًا ٣٩

Wamādhā 'alayhim law āmanū billāhi wal-yawmil-ākhiri wa anfaqū mimmā razaqahumullāhu wakānallāhu bihim 'alīmā

Onlar Allaha və Axirət gününə iman gətirib, Allahın onlara verdiyi ruzidən (Onun yolunda) xərcləsəydilər, nə olardı? Allah onların (hər bir işini) bilir.

Təfsir

Əgər onlar həqiqi mənada Allaha və axi­­rət gü­nünə iman gətirib, mallarını Allahın sevib və razı qaldığı işlərə xərcləsəydilər bu onlara nə zərər verərdi ki?! Əksinə, bütün xeyir elə bundadır. Allah onların hər bir işini bi­ləndir. Onların əməlləri Allahdan gizli qalmaz və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.