إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا ٤٠
Innallāha lā yazlimu mithqāla dharratin wa in taku hasanatan yudā'ifhā wayu'ti mil ladunhu ajran 'azīmā
Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah onun savabını) qat-qat artırar və (bu əməl sahibinə) Öz tərəfindən böyük mükafat bəxş edər.
Təfsir
Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördüyü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər.