وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنٗا وَظُلۡمٗا فَسَوۡفَ نُصۡلِيهِ نَارٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ٣٠
Waman yaf'al dhālika 'udwānan wazulman fasawfa nuslīhi nāran wakāna dhālika 'alallāhi yasīrā
Kim düşmənçilik və zülm edərək bu işləri görərsə, Biz onu Cəhənnəm oduna daxil edərik. Bu, Allah üçün asandır.
Təfsir
Kim bu qadağaları bilməyərəkdən yaxud unutqanlıq üzündən deyil, əskinə, bilərəkdən düşmənçilik və zülm etməklə başqasının malını mənimsəyib, canına qəsd edərsə, Allah Qiyamət günü onu hərarəti yandıran, əzabı isə məhv edən böyük bir Cəhənnəm atəşinə salar. Bu, Allah üçün çox asandır, çünki O, qadirdir və heç bir şey Onu aciz edə bilməz!