يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا ٢٩
Yā'ayyuhal-ladhīna āmanū lā ta'kulū amwālakum baynakum bil-bātili illā an takūna tijāratan 'an tarādim minkum walā taqtulū anfusakum innallāha kāna bikum rahīmā
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət müstəsna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qəsbkarlıq, oğruluq, rüşvət və s. bu kimi haqsız yerə bir-birinizin mallarını batil yollarla mənimsəməyin. Bundan yalnız, iki tərəf arasında qarşılıqlı razılıqla aparılan ticarət malları müstəsnadır, sizə ancaq bu halda başqasının malından yeyə və istifadə etmək halaldır. Bir-birinizi və ya özünüzü öldürməyin, öz nəfsinizi təhlükəyə atmayın! Həqiqətən, Allah sizə qarşı rəhmlidir. Qanlarınızı, mallarınızı və namuslarınızı bir-birinizə haram etməsidə Onun sizə qarşı olan rəhmətindəndir.