An-Nisa surəsi, ayə 23

4:23

حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ٢٣

Hurrimat 'alaykum ummahātukum wabanātukum wa akhawātukum wa'ammātukum wakhālātukum wabanātul-akhi wabanātul-ukhti wa ummahātukumul-lātī arda'nakum wa akhawātukum minar-radā'ati wa ummahātu nisā'ikum warabā'ibukumul-lātī fī hujūrikum min nisā'ikumul-lātī dakhaltum bihinna fa il lam takūnū dakhaltum bihinna falā junāha 'alaykum wahalā'ilu abnā'ikumul-ladhīna min aslābikum wa an tajma'ū baynal-ukhtayni illā mā qad salafa innallāha kāna ghafūrar rahīmā

Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, o halda (onların qızları ilə evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Allah sizə şəcərə üzrə yuxarı qalxaraq analarınız, yəni: ananın anası və ananın ata yaxud ana tərəfdən olan nənəsi, şəcərə üzrə aşağı düşərək qızlarınız, yəni: qızınızın qızı və qızınızın qızının qızı və həmçinin şəcərə üzrə aşağı düşərək qardaşınızın və bacınızın qızları, doğma yaxud ögey bacılarınız, bibiləriniz və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın bibiləri, xalalarınız və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın xalaları, qardaş və bacının qızları və şəcərə üzrə aşağı düşərək onların övladlarının qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınıza yaxınlıq edib etməmənizdən aslı olmayaraq onların anaları, yaxınlıq etdiyiniz arvadlarınızın adətən evinizdə tərbiyə alıb, orada boya-başa çatmasından yaxud başqa bir evdə yaşamasından aslı olmayaraq ögey qızlarınız ilə evlənmək haram edildi. Amma o arvadlarla yaxınlıq etməmişsinizsə, onda bu ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək hətta oğullarınız onlara yaxınlıq etməsədə belə və həmçinin süd oğullarınızın arvadları, nəsəb yaxud süd əmizdirmək baxımından olan iki bacını birlikdə almaq haram edildi. Yalnız cahiliyyət dövründə olub-keçənlər isə müstəsnadır, artıq Allah o günahları bağışlamışdır. Həqiqətən, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Həmçinin bu ayəyə əlavə olaraq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsində də qadınla onun bilisi və ya xalasını birlikdə almaqın haram olması sabit olmuşdur.