An-Nisa surəsi, ayə 157

4:157

وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ١٥٧

Waqawlihim innā qatalnal-masīha 'īsabna maryama rasūlallāhi wamā qatalūhu wamā salabūhu walākin shubbiha lahum wa innal-ladhīnakhtalafū fīhi lafī shakkim minhu mā lahum bihī min 'ilmin illat-tibā'az-zanni wamā qatalūhu yaqīnā

bir də: “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur. Həqiqətdə isə onu öldürməmişdilər.

Təfsir

Biz bir də onların fəxr edərək yalandan: "Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!"– dediklə­ri­nə görə lənə­tə düçar etdik. Halbuki onu, idda etdikləri kimi nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Lakin onlar, Allah İsanın - aleyhissəlam - oxşarlığını verdiyi bir kişini öldürüb, çarmıxa çəkdilər və beləliklə də öldürülənin İsa - aleyhissəlam - olduğunu zənn etdilər. İsanı öldürdüklərini iddia edən yəhudilərin və İsanı onlara təslim edən nəsranilərin hər ikisi də onun ölmü barə­sin­də çaşqınlıq və şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın heç bir bilgisi yox­dur. Onlar yalnız zənnə qapanırlar. Zənn isə əsla həqiqət ola bilməz. Onlar əsla İsanı öl­dür­dürmədilər və onu asmadılar.