An-Nisa surəsi, ayə 152

4:152

وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمۡ يُفَرِّقُواْ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ أُوْلَٰٓئِكَ سَوۡفَ يُؤۡتِيهِمۡ أُجُورَهُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ١٥٢

Walladhīna āmanū billāhi warusulihī walam yufarriqū bayna ahadim minhum ulā'ika sawfa yu'tīhim ujūrahum wakānallāhu ghafūrar rahīmā

Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birini digərindən ayırmayanlara gəlincə, Allah onlara öz mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Allaha iman gətirib, yalnız Ona ibadət edənlər, Ona heç bir şeyi şərik qoşmayanlar, Onun elçilə­rinə iman gətirənlər və kafirlərin etdikləri kimi onlardan heç bi­rini digərindən ayırmayıb, əksinə, onların hamısına iman edən kimsələrə gəlincə, Allah onlara imanlarının və saleh əməllərinin əvəzi olaraq böyük müka­fat­ verə­cək­­dir. Allah qullarından Ona tövbə edən kimsələri ba­ğış­layandır, onlara rəhm edəndir.