An-Nisa surəsi, ayə 128

4:128

وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ١٢٨

Wa inimra'atun khāfat mim ba'lihā nushūzan aw i'rādan falā junāha 'alayhimā an yuslihā baynahumā sulhan was-sulhu khayrun wa uhdiratil-anfusush-shuhha wa in tuhsinū watattaqū fa innallāha kāna bimā ta'malūna khabīrā

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

Təfsir

Əgər bir qadın öz əri­nin kobud rəftarından, yaxud ona qarşı rəğbət göstərməməsindən qor­­xarsa, öz ara­la­rında kişinin mal xərcləmək və gecələmək kimi qadının bəzi vacib haqlarından keçməsi ilə anlaşmasında onlara günah gəlməz. Bir-biri ilə anlaşmaq onlar üçün talaqdan da­ha xeyirlidir. Nəfslər hərisliyə və paxıllıqa meyilli xəlq edilmişdir, elə buna görə də heç bir nəfs öz haqqından keçmək istəməz. Gərək ər-arvad öz nəfislərini bir-biri bağışlamaq və yaxşılıq etməklə tərbiyə edərək bu xoşa gəlməz əxlaqdan müalicə etsinlər. Əgər hər bir işinizdə yaxşılıq etsəniz və Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır, Ona heç bir şey gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.