An-Nisa surəsi, ayə 105

4:105

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا ١٠٥

Innā anzalnā ilaykal-kitāba bil-haqqi litahkuma baynan-nāsi bimā arākallāhu walā takul lil-khā'inīna khasīmā

(Ey Muhamməd!) Allahın sənə öyrətdiyi ilə insanlar arasında hökm verəsən deyə, Biz sənə Kitabı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.

Təfsir

Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quranı haqqı özündə cəm etmiş bir halda nazil etdik ki, insanlar arasında şəxsi rəyin və ya öz istəyinlə deyil, Allahın sənə öyrətdiyi və sənə ilham etdiyi kimi hökm verəsən. Odur ki, özlərinə və onlara verilən əmanətlərə xəyanət edən xainləri, onlardan haqqını tələb edənlərdən müdafiə edərək, tərəfini tutma.