يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا ٤٢
Yas'alūnaka 'anis-sā'ati ayyāna mursāhā
(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.
Təfsir
Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: "Qiyamət nə zaman qopacaq?" – deyə soruşurlar.