فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ ٢٠
Fa arāhul-āyatal-kubrā
(Musa) ona ən böyük ayəni göstərdi.
Təfsir
Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir.