وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ١٥
Walaqad ātaynā dāwūda wasulaymāna 'ilman waqālal-hamdu lillāhil-ladhī faddalanā 'alā kathīrim min 'ibādihil-mu'minīn
Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
Təfsir
Biz Davuda və oğlu Süleymana elm verdik. Quşların dilini bilmək də bu elmə aid idi. Davud və Süleyman, İzzət və Cəlal sahibi olan Allaha şükür edərək belə dedilər: "Bizə elm və peyğəmbərlik bəxş edərək, bizi bir çox mömin qullarından üstün tutan Allaha həmd olsun!".