وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ١٦
Wawaritha sulaymānu dāwūda waqāla yā'ayyuhan-nāsu 'ullimnā mantiqat-tayri wa ūtīnā min kulli shay'in inna hādhā lahuwal-fadlul-mubīn
Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, açıq-aşkar üstünlükdür”.
Təfsir
Süleyman atası Davuda peyğəmbərlikdə, elmdə və mülkdə varis oldu. O, uca Allahın ona və atasına bəxş etdiyi nemətindən bəhs edərək belə dedi: "Ey insanlar! Allah bizə quşların dilini öyrətdi və O bizə peyğəmbərlərə padşahlara verdiyi hər şeydən verdi. Şübhəsiz ki, uca Allahın bizə bəxş etdiyi bu nemətlər, bizə göstərilən açıq-aşkar üstünlük və fəzilətdir!"