وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٤
Wajahadū bihā wastayqanathā anfusuhum zulman wa'uluwwan fanzur kayfa kāna 'āqibatul-mufsidīn
Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
Təfsir
Onlar bütün bu möcüzələrin Allah tərəfindən yəqin olmalarına baxmayaraq, etdikləri zülm və haqsızlıqlarlı üzündən bu açıq-aydın ayələri inkar edib, qəbul etmədilər. Ey Peyğəmbər! Küfr və günahlarla yer üzündə fitnə-fəsad törədənlərin aqibətinin necə olduğunu bir düşün!