وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤
Wayawma nab'athu min kulli ummatin shahīdan thumma lā yu'dhanu lilladhīna kafarū walā hum yusta'tabūn
Hər ümmətdən bir şahid gətirəcəyimiz gün, kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır.
Təfsir
Ey Peyğəmbər! Uca Allahın hər bir qövmdən iman edənlərin imanına, küfür edənlərində küfürlərinə şahidlik etmək üçün göndərdiyi peyğəmbərləri şahid gətirəcəyi günü xatırla. Bundan sonra kafirlərə etdikləri günahlara görə üzrxahlıq etməyə və bir daha dünyaya qayıdıb Rəbbini razı salacaq əməllər etmələrinə izin verilməyəcəkdir. Axirət yurdu, əməl etmək yurdu deyil, haqq-hesab yurdudur.