وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّٰرِبِينَ ٦٦
Wa inna lakum fil-an'āmi la'ibratan nusqīkum mimmā fī butūnihī mim bayni farthin wadamil labanan khālisan sā'ighal lish-shāribīn
Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
Təfsir
Ey İnsanlar! Şübhəsiz ki, dəvədə, inəkdə və qoyunda sizin öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazatın və bədənlərindəki qanın arasından əmcəklərindən çıxan süd içirdirik. Həmən südün qan və ifrazat arasından çıxmasına baxmayaraq, bu süd oradan, içənlər üçün saf, tərtəmiz, dadı ləzzətli və gözəl bir şəkildə çıxar.