وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٦٥
Wallāhu anzala minas-samā'i mā'an fa ahyā bihil-arda ba'da mawtihā inna fī dhālika la'āyatal liqawmin yasma'ūn
Allah göydən yağmur yağdırıb onunla yer üzünü öldükdən sonra dirildər. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.
Təfsir
Uca Allah səmadan yağmur yağdırıb və bu yağmurla quraqlıq səbəbindən ölmüş torpağı dirildib, orada bitkilər yetişdirərək yer üzünə can verdi. Həqiqətən, səmadan yağmurun endirilməsi və bunun səbəbi ilə yer üzündə bitkilərin yetişdirilməsində, Allahın kəlamını eşidib və onu düşünüb dərk edən bir qövm üçün Uca Allahın qüdrətinə dəlalət edən açıq-aydı dəlillər vardır.