An-Nahl surəsi, ayə 62

16:62

وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ٦٢

Wayaj'alūna lillāhi mā yakrahūna watasifu alsinatuhumul-kadhiba anna lahumul-husnā lā jarama anna lahumun-nāra wa annahum mufratūn

(Müşriklər) özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar.

Təfsir

Onlar özlərinə nisbət edilməsini xoş­lama­dıq­ları qız­ uşaqlarını Pak və Uca Allaha nisbət edir­lər. Dil­­ləri də özləri üçün Allah yanında - əgər yenidən diriliş olarsa - ən gö­zəl aqibətin onların olacağını yalan­dan söy­ləyir. Şüb­hə­ yoxdur ki, onlar üçün Cəhənnəm atəşi ha­zır­lanmış­dır, onlar orada tərk olu­na­­caq­lar və heç bir zaman oradan çıxalımayacaqlar.