وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ٦١
Walaw yu'ākhidhullāhun-nāsa bizulmihim mā taraka 'alayhā min dābbatin walākin yu'akkhiruhum ilā ajalim musamman fa idhā jā'a ajaluhum lā yasta'khirūna sā'atan walā yastaqdimūn
Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər (əcəl yetişənədək) möhlət verir. Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər.
Təfsir
Əgər Uca Allah insanları etdikləri zülmlərə və günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir insan yaxud da yer üzündə heç bir sürünən canlını qoymazdı. Lakin Allah onlara Öz elmi ilə bildiyi müəyyən vaxta qədər möhlət verir. Əvvəlcədən Öz elmi ilə təyin etdiyi vaxt gəlib yetişdikdə, hətta qısa bir müddətdə olsa belə, nə bircə an yubanar, nə də tezləşə bilər.