An-Nahl surəsi, ayə 59

16:59

يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ٥٩

Yatawārā minal-qawmi min sū'i mā busshira bihī ayumsikuhū 'alā hūnin am yadussuhū fit-turābi alā sā'a mā yahkumūn

Ona verilən bəd müjdə ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar (Allaha övlad isnad etmələri) necə də pisdir!

Təfsir

Özünə qız uşağının doğulduğu xəbəri verildikdə bu bəd xəbər ucba­tın­dan qövmündən gizlənir. Öz-özünə, onun zəlillik və rüsvay­çı­lıq içində saxlamaq, yoxsa diri-diri torpağa basdırması barədə düşünər. Müşriklərin verdikləri hökm necə də pis hökmdür. Onlar özlərinə sevmədikləri şeyləri Uca Allah üçün hökm vermişdilər.