وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٤٣
Wamā arsalnā min qablika illā rijālan nūhī ilayhim fas'alū ahladh-dhikri in kuntum lā ta'lamūn
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz yalnız kişiləri (peyğəmbər) göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.
Təfsir
Ey Peyğəmbər! Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz bəşərdən olan kişiləri peyğəmbər göndərmişdik. Biz mələklərdən peyğəmbər göndərmədik. Bu Bizim, dəyişməz, sabit qalan sünnəmizdir. Əgər peyğəmbərlərin bəşər nəslindən olduğunu inkar edir və yaxud siz bunu bilmirsinizsə, elə isə, sizdən öncə göndərilmiş kitab əhlindən bu barədə soruşun, onlar sizə peyğəmbərlərin, mələklərdən deyil, əksinə, bəşər nəslindən olduğunu xəbər verəcəklər.