An-Nahl surəsi, ayə 21

16:21

أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٢١

Amwātun ghayru ahyā'in wamā yash'urūna ayyāna yub'athūn

(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.

Təfsir

Bütlərə ibadət edənlər, o bütləri öz əlləri ilə düzəlmişdilər. Bu bütlər cansızdırlar, onlar nə bir həyata, nə də ki, bir elmə sahib deyillər. Bütlər, Qiyamət günü özlərinə ibadət edən kimsələrlə birgə Cəhənnəm atəşinə atılmaq üçün nə zaman dirildilə­cək­lə­rini də bilməzlər.