وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ ٢٠
Walladhīna yad'ūna min dūnillāhi lā yakhluqūna shay'an wahum yukhlaqūn
(Müşriklərin) Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Əksinə,) onlar özləri yaradılmışlar.
Təfsir
Müşriklərin Allahdan başqa tapındıqları bütlər, hətta kiçik bir şey də olsa belə heç bir şey yarada bilməzlər. Onları, Allahdan başqasına ibadət edən kimsələr öz əlləri ilə düzəltmişdilər. Odur ki, onlar, öz əlləri ilə özlərinə ilah düzəltdikləri bütlərə, Allahı buraxıb necə ibadət edirlər?!