An-Nahl surəsi, ayə 12

16:12

وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ١٢

Wasakkhara lakumul-layla wan-nahāra wash-shamsa wal-qamara wan-nujūmu musakkharātu bi amrihī inna fī dhālika la'āyātil liqawmin ya'qilūn

O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etmişdir. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunda anlayan qövm üçün dəlillər vardır.

Təfsir

Uca Allah, istirahət edib, dincəlməniz üçün gecəni, azüqə əldə etməniz üçün isə gündüzü sizin ixtiyarınıza buraxdı. Gü­nəş və ayı sizə ram etdi. O, günəşi parlaq bir işıq saçan çıraq, ayı isə işıldayan bir nur etdi. Ul­duz­lar da Onun qədəri əm­ri ilə sizə ram edilmişdir. Siz bu ulduzların vasitəsi ilə suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün istifadə edib, bununla vaxtları təyin edir, bunlardan və s. bu kimi daha başqa faydalar əldə edirsiniz. Sözsüz ki, bütün bun­lar­da ağıllarını işlədib dərk edən kimsələr üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın əla­mətlər vardır. Çünki bunların hikmətini düşünüb dərk edənlər elə məhz onlardır.