An-Nahl surəsi, ayə 13

16:13

وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ ١٣

Wamā dhara'a lakum fil-ardi mukhtalifan alwānuhū inna fī dhālika la'āyatal liqawmin yaddhakkarūn

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan qövm üçün dəlillər vardır.

Təfsir

Uca Allah yer üzündə rəngləri bir-birindən fərqli olan mədənləri, heyvanları, bitkiləri, əkinləri də sizə ram etdi. Şübhəsiz ki, bu zikr edilənlərin yaradılmasında və onları sizin ixtiyarınıza verilməsində, düşünüb ibrət alan və Allahın hər bir şeyə qadir olduğunu anlayan insanlar üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın də­lillər vardır.