An-Naba surəsi, ayə 40

78:40

إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا ٤٠

Innā andharnākum 'adhāban qarīban yawma yanzurul-mar'u mā qaddamat yadāhu wayaqūlul-kāfiru yālaytanī kuntu turābā

Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.

Təfsir

Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: "Torpaq ol!"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: "Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım"