وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ٨٢
Wataj'alūna rizqakum annakum tukaddhibūn
Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!
Təfsir
Allahın sizə verdiyi nemətlərə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?! Yağışın yağmasını ulduzla əlaqələndirib: "Bizə filan və filan ulduz sayəsində yağış yağır" - deyirsiniz?!