Al-Qasas surəsi, ayə 76

28:76

۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ٧٦

Inna qārūna kāna min qawmi mūsā fabaghā 'alayhim wa ātaynāhu minal-kunūzi mā inna mafātihahū latanū'u bil-'usbati ulil-quwwati idh qāla lahū qawmuhū lā tafrah innallāha lā yuhibbul-farihīn

Həqiqətən, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz.

Təfsir

Qarun, Musanın - aleyhissəlam - qövmündən idi. Lakin onlara qar­şı təkəbbürlük edirdi. Biz ona elə mal-dövlət xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama belə ağır gəlirdi. Bir zaman qövmü ona belə demişdir: "Təkəbbürlük edərək öyünüb sevinmə! Çünki Allah, təkəbbürlük edərək öyünüb sevinənləri sevməz. Əksinə, uca Allah belə kimsələrə qəzəblənər və onlara əzab verər!