وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٧٥
Wanaza'nā min kulli ummatin shahīdan faqulnā hātū burhānakum fa'alimū annal-haqqa lillāhi wadalla 'anhum mā kānū yaftarūn
Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!”– deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.
Təfsir
Biz hər ümmətdən, etdikləri küfrə və yalan saymalarına şahidlik edən öz peyğəmbərlərini şahid gətirəcək və o ümmətlərdən yalan sayanlara: "Haydı etdiyiniz küfrə və yalan saydığınıza görə hüccət və dəlilinizi gətirin görək!"– deyəcəyik. Bu zaman onların hüccət və dəlilləri qırılacaq və heç bir şübhə olmayan haqqın yalnız Allaha aid olduğunu biləcəklər. Beləliklə də, özlərindən uydurduqları bütlər onları qoyub gedəcəklər!