Al-Qasas surəsi, ayə 7

28:7

وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧

Wa awhaynā ilā ummi mūsā an ardi'īhi fa idhā khifti 'alayhi fa alqīhi fil-yammi walā takhāfī walā tahzanī innā rāddūhu ilayki wajā'ilūhu minal-mursalīn

Biz Musanın anasına ilham yolu ilə belə buyurduq: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən biri edəcəyik”.

Təfsir

Biz Musanın anasına ilham edərək belə buyurduq: "Firon və qövmünün onu öldürməsindən qorxduğun müddətə qədər onu əmizdir, onun həyatı üçün bir təhlükə hiss etdikdən isə onu sandığa qoyub Nil çayına burax, onun suda boğulmasından, Firon və ya onun qövmüdən qorxma, həmçinin, ondan ayrıldığına görə kədərlənmə, qəm-qüssə etmə. Çünki Biz onu sə­nə sağ-salamat qay­ta­­racaq və onu insanlara göndərdiyimiz elçi­lə­rdən biri edəcəyik!"