فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ٨
Fal-taqatahū ālu fir'awna liyakūna lahum 'aduwwan wahazanan inna fir'awna wahāmāna wajunūdahumā kānū khāti'īn
Nəhayət Fironun ailəsi özlərinə düşmən və hüzün (qaynağı) olacaq o uşağı tapıb götürdü. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
Təfsir
Musanın anası onu sandığa qoyub, çaya buraxmasına dair ona etdiyimiz ilhamı yerinə yetirdi. Nəhayət, Fironun ailəsi onu tapıb götürdü. Beləliklə də uca Allahın, Musanın Firona qarşı düşməni olacağına, Musanın əli ilə Fironun hökmranlığına son qoymasına və onların qəm-qüssə içində boğulmasına dair istəyi gerçəkləşəcəkdir. Həqiqətən, Firon, vəziri Haman və onların əsgərləri: küfrləri, günahları və yer üzündə fitnə-fəsad yaymaları səbəbindən günahkar kimsələr idilər.