وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ٥٩
Wamā kāna rabbuka muhlikal-qurā hattā yab'atha fī ummihā rasūlan yatlū 'alayhim āyātinā wamā kunnā muhlikil-qurā illā wa ahluhā zālimūn
Rəbbin məmləkətin anasına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o məmləkəti məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.
Təfsir
Ey Peyğəmbər! Sənin Rəbbin, səni şəhərlər anası olan Məkkəyə peyğəmbər göndərdiyi kimi, hər hansı böyük bir şəhərin əhalisi bəhanə gətirməməsi üçün onlara ayələrimizi oxuyan bir peyğəmbər göndərib onları Allahın əzabı ilə xəbərdar etmədən əsla məhv etmədi. Biz haqq üzərində sabit qalan bir şəhəri əsla məhv etmədik. Biz yalnız əhalisi küfr və günahlar etməklə özlərinə zülm edən şəhərləri məhv edərik.