وَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ ٦٠
Wamā ūtītum min shay'in famatā'ul-hayawātid-dunyā wazīnatuhā wamā 'indallāhi khayrun wa abqā afalā ta'qilūn
Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər anlamırsınız?
Təfsir
Rəbbinizin sizə verdiyi, sizin dünya həyatında faydalanıb və bəzəndiyiniz zinət əşyaları bir gün yox olub gedəcəkdir. Uca Allah yanında olan axirət həyatındakı böyük savab isə dünya həyatında olan bər-bəzəkdən daha xeyirli və daha əbədidir. Məgər onlar bunu düşünüb, axirətin əbədi olanı nemətlərini, dünyanın fani olan bər-bəzəyindən üstün tutmayacaqlarmı?