وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ ٥٨
Wakam ahlaknā min qaryati batirat ma'īshatahā fatilka masākinuhum lam tuskam mim ba'dihim illā qalīlan wakunnā nahnul-wārithīn
Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə məmləkəti məhv etdik. Budur onların yurdları. Onlardan sonra az bir qisim müstəsna olmaqla orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.
Təfsir
Allahın nemətlərini inkar edən, küfr və günahlar etməklə həddi aşan neçə-neçə şəhər vardır ki, biz onlara əzab göndərib hamısını məhv etdik. Bu onların, əhalisi məhv olub getdikdən sonra bəzi yolçular müstəsna olmaqla orada heç kəsin yaşamadığı, uçub dağılmış yurdlarıdır. Göylərdə, yerdə və bu ikisinin arasında olanlara da varis olan Bizik.