Al-Qasas surəsi, ayə 28

28:28

قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ ٢٨

Qāla dhālika baynī wabaynaka ayyamal-ajalayni qadaytu falā 'udwāna 'alayya wallāhu 'alā mā naqūlu wakīl

(Musa) dedi: “Bu, mənimlə sənin aranda (olan razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə vəkildir!”

Təfsir

Musa - aleyhissəlam - dedi: "Bu, ikimi­zin ara­sın­da razılığa gəldiyimiz bir anlaşmadır. Sənin üçün səkkiz və ya on il olan bu anlaşmadan hansını tamamlaya bilsəm artıq sənə verdiyim sözü yerinə yetirmiş olacam. Bundan sonra bu müddətin arılmasını məndən tələb etmə. Uca Allah da aramızda razılığa gəldiyimiz bu anlaşmaya vəkildir və nə etdiyimizə şahiddir!"