وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ ١٥
Wadakhalal-madīnata 'alā hīni ghaflatim min ahlihā fawajada fīhā rajulayni yaqtatilāni hādhā min shī'atihī wahādhā min 'aduwwihī fastaghāthahul-ladhī min shī'atihī 'alal-ladhī min 'aduwwihī fawakazahū mūsā faqadā 'alayhi qāla hādhā min 'amalish-shaytāni innahū 'aduwwum mudillum mubīn
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi.
Təfsir
Musa, insanların evlərində dincəldikləri vaxt şəhərə daxil oldu. O, bu zaman orada mübahisə edən iki kişi gördü. Onlardan biri İsrail oğullarından olan qövmündən idi, o biri isə Musanın düşməni, Fironun qövmündən olan qibtilərdən biri idi. Qövmündən olan kimsə Musadan, düşməni olan qibtiyə qarşı ona yardım etməsini istədi. Musa da onu yumruqla vurdu və qibti də Musanın vurduğu yumruğun zərbəsinə tab gətirə bilməyib yerindəcə öldu. Bu hala şahid olan Musa: "Bu, şeytanın insana günahı gözəl göstərməsi və aldatıb onu yoldan çıxarmasıdır. Həqiqətən, şeytan, ona tabe olan kimsələri haqq yoldan azdıran və açıq-aydın bir düşməndir. Etdiyim bu əməl də, onun düşmənçiliyindən və məni azdırmaq istəyən bir azdırıcı olması səbəbindən meydana gəldi!"– dedi.