وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٤
Walammā balagha ashuddahū wastawā ātaynāhu hukman wa'ilman wakadhālika najzil-muhsinīn
(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
Təfsir
Musa - aleyhissəlam - bədəninin güvvətləndiyi yaşa çatıb, güc-qüvvətinə hakim olduqda peyğəmbərlik bəxş etməzdən öncə ona İsrail oğullarının dinləri haqqında anlayış və elm verdik. Biz Musanı Allahın əmrinə iraət etməsindən ötrü mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də hər zaman və hər yerdə belə mükafatlandırırıq!