Al-Qasas surəsi, ayə 13

28:13

فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣

Faradadnāhu ilā ummihī kay taqarra 'aynuhā walā tahzana walita'lama anna wa'dallāhi haqqun walākinna aktharahum lā ya'lamūn

Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilməz.

Təfsir

Beləliklə, Biz Musanı yaxından görərək gözü aydın olsun, ondan ayrıldığına görə qəm-qüssə yeyib kədər­lən­məsin və Uca Alla­hın, övladını ona qaytaracağına dair verdiyi vədinin haqq və bu barədə heç bir şəkk-şübhə olmadığını bilsin deyə, onu öz anasına qaytardıq. Onlardan heç kəs o qadının həmin uşağın anası olduğunu bilmirdi.