Al-Qamar surəsi, ayə 53

54:53

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ ٥٣

Wakullu saghīrin wakabīrim mustatar

Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır.

Təfsir

Hər bir kiçik və böyük əməl və söz əməllərin qeydə alındığı səhifələrdə, həm də lövhi-məhfuzda ya­zılmışdır və onlar bu əməllərin əvəzini alacaqlar.