Al-Qamar surəsi, ayə 18

54:18

كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٨

Kaddhabat 'ādun fakayfa kāna 'adhābī wanudhur

Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

Təfsir

Ad qövmü də peyğəmbərləri Hudu (aleyhissəlam) yalançı saydı. Ey Məkkə əhli! Baxın görün, Mənim, haqqı yalan sayanlara verdiyim əzabım və həmçinin onların əzabı ilə başqalarını qorxutmağım necə oldu?!