وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ٤٥
Wa umlī lahum inna kaydī matīn
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.
Təfsir
Mən onlara bir müddət möhlət verirəm ki, günah işlər görməkdə davam etsinlər. Şübhəsiz ki, Mənim kafirlər və yalançılar üçün qurduğum hiyləm çox şiddətlidir. Onlar Məndən və Mənim əzabımdan canlarını qurtara bilməyəcəklər.