Al-Qalam surəsi, ayə 33

68:33

كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٣٣

Kadhālikal-'adhābu wala'adhābul-ākhirati akbaru law kānū ya'lamūn

(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!

Təfsir

Bizə asi olanlara, beləcə, ruzidən məhrum etməklə əzab verərik. Axirət əzabı isə daha böyükdür! Kaş onun necə şiddətli və necə davamlı olduğunu biləydilər!