Al-Muzzammil surəsi, ayə 11

73:11

وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا ١١

Wadharnī wal-mukaddhibīna ulin-na'mati wamahhilhum qalīlā

Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.

Təfsir

Sən, dünyanın naz-nemətlərinə dalmış, haqqı yalan sayanlara fikir vermə, Məni onlarla tək burax və onlara əcəlləri yetişənədək möhlət ver.