كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ٤٦
Kulū watamatta'ū qalīlan innakum mujrimūn
(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
Təfsir
Haqqı yalan sayanlara deyiləcək: "Dünyada ikən həyatın ləzzətlərindən az müddət zövq alın! Həqiqətən də, siz Allaha qarşı küfr etdiyinizə və Onun elçilərini yalançı saydığınıza görə günahkarlarsınız!