يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ ١٣
Yā'ayyuhal-ladhīna āmanū lā tatawallaw qawman ghadiballāhu 'alayhim qad ya'isū minal-ākhirati kamā ya'isal-kuffāru min ashābil-qubūr
Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş bir qövmlə dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi Axirət gününə də inanmırlar.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın qəzəbinə gəlmiş və axirət gününə inanmayan bir qövmlə dostluq etməyin. Kafirlər axirəti inkar etdiklərindən dolayı ölülərinin bir daha diriləcəyinə inanmadıqları kimi, axirət gününə də inanmırlar.